Qabaqcıl “Sony Xperia XZ3” smartfonu rəsmən təqdim edilib

158

31 avqust – 5 sentyabr tarixlərində Berlində keçiriləcək “IFA 2018” sərgisinin açılışı ərəfəsində “Sony” şirkəti yeni “Xperia XZ3” qabaqcıl smartfonunu təqdim edib.

Amma gözləntilər özünü doğrultmayıb. Məsələn, əsas kamera ikiqat deyil. Çərçivəsiz displey ön panelin 80%-ni tutur ki, bu da indi rekord sayıla bilməz.

NUHÇIXAN “ferra.ru” saytına istinadən yazır ki, smartfon “Always-On Display” (həmişə aktiv displey) funksiyasına malikdir. Bu funksiya bloklanmış ekrana müxtəlif faydalı məlumat (saat, tarix, zəngli saat, xatırlatma, musiqi pleyeri) çıxartmağa imkan verir.

“Sony Xperia XZ3” smartfonu qabaqcıl “Qualcomm Snapdragon 845” prosessoru, 4 QB-lıq əməli yaddaşı və 64 QB-lıq daxili fləş yaddaş (“microSD” kartının köməyi ilə yaddaşı artırmaq mümkündür), “QHD+” (2880×1440 piksel) təsvir ölçülü 6 düymlük OLED displey, 19 meqapiksellik əsas kamera və 13 meqapiksellik ön kamera ilə təchiz edilib. 3300 milliamper/saat tutumlu akkumulyator simsiz enerji doldurma xüsusiyyətinə malikdir.

Smartfon “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir. “IP68” standartı üzrə su və toza qarşı dayanıqlıdır. Hər iki tərəfdən “Gorilla Glass 5” qoruyucu şüşəsindən istifadə olunub. Barmaq izi skaneri arxa paneldə yerləşdirilib. İki SİM kart, “LTE”, “Wi-Fi” (802.11 ac) və “Bluetooth 5.0” dəstəklənir, “USB Type-C” konnektoru və stereodinamiklər mövcuddur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: