Muxtar respublikada məktəbli yarmarkalarına start verilib

350

NUHÇIXAN xəbər verir ki, bu gündən başlayaraq  Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında məktəbli yarmarkaları  təşkil olunub.

Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda təşkil olunan yarmarkada Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Famil Seyidov və Təhsil naziri Rəhman Məmmədov da iştirak edib.  Bildirilib ki, məktəbli yarmakalarının təşkil edilməsi artıq ənənə halını alıb. Yarmarkalar yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli geyimlərinə və dərs lavazimatlarına olan ehtiyaclarını daha asan şəkildə təmin etmələrində mühüm rol oynayır. Buna görə də yarmarkada məktəbli geyimləri ilə yanaşı, dərs ləvazimatlarının  satışı da təşkil olunub.

Qeyd edilib ki, muxtar respublikada məktəbli geyimlərinə olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bu gün təşkil olunan yarmarkalarda da muxtar respublikada istehsal olunmuş məktəbli formaları alıcılara təklif edilib.

Yarmarkada 3-ü istehsal müəssisəsi olmaqla, 20 sahibkarlıq subyekti iştirak edir. Burda alıcılara təklif edilən malların qiyməti də münasibdir. 

Yarmarkada ayrı-ayrı fənlər üzrə əyani vəsaitlərin satışına da geniş yer verilib. 

Muxtar respublikanın rayonlarında da məktəbli yarmarkaları təşkil olunub. Yarmarkalar sentyabr ayının 16-na kimi davam edəcək.

                                    Cavid Səfərli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: