“Viber”də yeni funksiya istifadəyə verilib

235

“Viber” proqramının istifadəçiləri üçün qrup şəklində çatlarda (söhbətlərdə) və böyük qruplarda sorğu keçirmək üçün yeni funksiya yaradılıb.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, sorğular real vaxtda aparılır. Bunun üçün messencerin qrup şəklində çatların istifadəçiləri və ya qrup idarəçiləri çatın ayarlarında “sorğu” düyməsini seçməlidir. “Sorğu”nun sualını daxil edib, mümkün 10 cavab variantı göstərmək lazımdır. Çatların istifadəçiləri və qrup üzvləri “like” düyməsini seçməklə sorğuda iştirak edə bilər. Sorğunun nəticələri hər səsvermədən sonra yenilənir və istifadəçilər üçün açıqdır.

Qrup şəklində çatların üzvləri hansı istifadəçinin sorğuda hansı varianta səs verdiyini görə bilər. Böyük qruplarda isə səsvermə anonimdir.

“Viber”in istifadəçilərinin sayı 1 milyardı keçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: