147 dollarlıq “Redmi Note 7” smartfonu təqdim edilib

208

“Xiaomi” şirkəti “Redmi Note 7” adlı yeni smartfonunu təqdim edib.

Smartfon 2340×1080 piksel təsvir ölçüsünə malik 6,3 düymlük diaqonallı 2,5D displeylə təchiz edilib. Displey ön panelin 95% hissəsini tutur, kənar çərçivələrin qalınlığı 1,95 mm təşkil edir.

NUHÇIXAN “4pda.ru” saytına istinadən xəbər verir ki, aparat “Snapdragon 660” adlı 8 nüvəli prosessor, “Adreno 512” (850 MHs) qrafik prosessoru, 3/4/6 QB-lıq əməli yaddaş, 32 və ya 64 QB-lıq daxili yaddaşla təchiz edilib.

Cihazın 48 meqapiksellik ikiqat kamerasının əsas sensoru 0,8 mkm-lik piksel və f/1.8 aperturaya malikdir. Köməkçi sensorun təsvir ölçüsü 5 meqapiksel, “selfi” kamerada isə 13 MP-dir. “Redmi Note 7” aparatında tətbiq edilmiş süni intellekt funksiyaları çəkiliş üçün böyük imkanlar təqdim edir.

“Quick Charge 4” sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir. İstehsalçı yeni smartfonu “USB Type-C” konnektoru ilə təchiz edib. Həmçinin aparat infraqırmızı port və 3,5 mm-lik audiokonnektorla təchiz edilib, smartfonda “NFC” texnologiyası yoxdur.

Smartfon “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: