Amerika qitəsinin ən yaxşı futbolçuları müəyyənləşib

278

Amerika qitəsində 2018-ci ilin ən yaxşı qadın və kişi futbolçularının adları bəlli olub.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, 23 yaşlı meksikalı hücumçu Hirvinq Lozano və qadınlardan ibarət ABŞ millisinin 29 yaşlı üzvü Aleks Morqan qitənin ən yaxşıları seçiliblər.

Hollandiyanın “PSV Eyndhoven” klubunun hücumçusu Lozano Meksika millisinin heyətində Rusiyada keçirilən XXI dünya çempionatında Almaniyaya qarşı oyunda qol vurmaqla komandasının qələbə qazanmasına nail olub. Hücumçu Meksika millisinin heyətində 34 oyuna 8 qol vurub. Lozano bu mükafata ilk dəfədir layiq görülüb.

Aleks Morqan isə 2018-ci ildə ABŞ millisinin heyətində 19 oyunda 18 dəfə fərqlənib. Qadın futbolçu 4-cü dəfədir bu mükafata sahib olur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: