Yeni “Hisense” televizorları nümayiş olunub

238

Çinin “Hisense” dövlət şirkəti yanvarın 8-11-də Las-Veqasda keçirilmiş “CES 2019” beynəlxalq istehlak elektronikası sərgisində displey və televizorlar sahəsində yeni texnologiyalar, o cümlədən “ULED” seriyalı televizorlar, “TriChroma” adlı lazer televizorlar və ultranazik “Sonic One” TV modeli nümayiş etdirib.

NUHÇIXAN “Ferra” resursuna istinadən yazır ki, şirkət ilk dəfədir “Android TV” və “Roku TV” platformalı televizorlar təqdim edir. Yeni “ULED” televizorlar sırasına “4K” təsvir ölçüsünə malik “Hisense U9F” modeli başçılıq edir. Televizor kvant piksellər texnologiyasını dəstəkləyir, 2 200 kandel kvadratmetr (kd/m2) səviyyəsində parlaqlığa və yüksək kontrastlı təsvir üçün 1000-dən çox tündləşmə zonasına malikdir.

İstehsalçı nümayəndələrinin sözlərinə görə, “4K” təsvir ölçülü “ağıllı” “TriChroma” lazer televizorları (model nömrəsi 100L7T) məhdudiyyətsiz rənglər spektrini, o cümlədən tam ağ rəngi (Pure White) dəstəkləyir. “TriChroma” televizorları “DCI-P3” rəng məkanının 100 faizini əhatə edən geniş spektrli rəng çalarlarının göstərilməsi üçün üç müstəqil lazeri birləşdirən “X-Fusion Laser Light Engine” texnologiyasını dəstəkləyir. “TI DLP” prosessoru dinamik səhnələrin 8,3 milyon piksel üçün 32 mikrosaniyə səviyyəsində yenilənmə tezliyi ilə yüksəksürətli emalını təmin edir.

Nazik “Sonic One” monoblok televizorunun qalınlığı təxminən 3 mm təşkil edir. Belə nəticə pyezoelektrik dinamiklərdən istifadə sayəsində mümkün olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: