“Facebook” istifadəçilərin foto və videolarını yoxlamağa başlayacaq

170

“Facebook”un əməkdaşları istifadəçilərin şəkil və videolarında göstərilən  faktların həqiqiliyini yoxlayacaq.

NUHÇIXAN “iz.ru” resursuna istinadən yazır ki, sosial şəbəkənin nümayəndələri bildiriblər ki, “Facebook” üçün faktların yoxlanılması ilə məşğul olan 27 şirkət şübhəli foto və videoməzmunla işləyəcək. Bütün şübhəli dərclər işarələnəcək.

Bu yaxınlarda “Facebook” tərəfindən “Instagram” ilə birgə hazırlanmış “Rosetta” neyron şəbəkəsi üzərində mətn olan şəkilləri tanımaq qabiliyyətinə malikdir. Süni intellekt real vaxt rejimində sosial şəbəkələrdə dərc edilmiş milyarddan çox şəkil, həmçinin videolardan mətni əldə etmək  və onu mətnin tanınması modelinə daxil etmək imkanına malikdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: