Prezidenti İlham Əliyev Maştağadakı Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak edib

219

Sentyabrın 14-də Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimi olub.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış olub.

Sonra dövlətimizin başçısı məktəbin müəllim-şagird kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: