“WhatsApp” messencerinin istifadəçilərinə yeni virus hücum edib

189

NUHÇIXAN-ın “İzvestiya” nəşrinə istinadən verdiyi məlumata görə, əlaqə nömrələri siyahısında qəflətən “Momo” adı altında yeni abonent yaranıb.

Bot istifadəçiyə videozənglə zəng edə və ya şokedici məzmuna malik şəkilli ismarıc göndərə bilər. Bununla belə, bot vəhşi məxluq görünüşünə malikdir.

“Momo”nun nömrəsi Yaponiyada qeydiyyatdadır. Versiyaların birinə görə, virus yeni qorxulu filmin reklamı ola bilər.

Kibertəhlükəsizlik üzrə mütəxəssislər daha əvvəl istifadəçilərin şəxsi məlumatlarını qarət edən “Android” üçün zərərli tətbiq aşkar ediblər. Söhbət “Advanced Battery Saver” proqramından gedir. Bu proqram istifadəçilərə cihazın enerjisinə qənaət etməkdə yardımçı olacağına söz verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: