BMT-nin Baş katibi Naqasakiyə səfər edəcək

129

BMT-nin Baş katibi Antonio Quterreş Naqasaki şəhərinin ABŞ silahlı qüvvələri tərəfindən atom bombardmanının 73-cü ildönümünə həsr olunan tədbirlərdə iştirak etmək üçün Yaponiyaya gedəcək.

NUHÇIXAN xəbər verir ki, A.Quterreş hər il avqustun 9-da keçirilən xatirə mərasiminə qatılan ilk BMT Baş katibi olacaq. Avqustun 7-dən 9-dək baş tutacaq səfər çərçivəsində A.Quterreşin Naqasaki şəhərinin meri Tomihişa Taue ilə, həmçinin atom bombardmanının şahidi olmuş insanlarla görüşəcəyi gözlənilir. Avqustun 9-da Naqasakinin atom bombardmanına həsr olunan Xatirə Muzeyində təşkil olunacaq mərasimdə Baş katibin çıxış edəcəyi də bildirilir.

Xatırladaq ki, BMT artıq uzun illərdir nüvə silahının ləğvinə çağırır. Lakin ABŞ ilə Rusiya arasında aparılan danışıqlar dalana dirənib. Bu iki dövlət dünya nüvə silahının 90 faizinə malikdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: