100 dollarlıq “Nokia 2.1” smartfonu rəsmən təqdim edilib

186

“HMD Global” şirkəti “Nokia 2.1” smartfonunu təqdim edib. Daha müasir aparat içliyi, tutumlu akkumulyator və 2 gün avtonom işləyə bilən bu model ötənilki “Nokia 2” qurğusunu əvəz edəcək.

NUHÇIXAN “ferra.ru” saytına istinadən yazır ki, smartfon “HD” (720×1280 piksel) təsvir ölçülü 5,5 düymlük displey, ön stereodinamiklər, 5 meqapiksellik ön və 8 meqapiksellik əsas kamera ilə təchiz edilib.

Bundan başqa, yeni smartfon dördnüvəli “Qualcomm Snapdragon 425” prosessoru, 1 QB-lıq əməli və 8 QB-lıq daxili fləş yaddaşla (“microSD” formatlı kartların köməyi ilə yaddaşı 128 QB-dək artırmaq mümkündür) təchiz edilib. Akkumulyator batareyasının tutumu 4000 milliamper/saat təşkil edir.

2018-ci ilin iyulundan “Nokia 2.1” smartfonunun satışına başlanacaq. Qiyməti 115 dollar təşkil edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: