“Qəbələ” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib

181

“Qəbələ” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. Ukraynalı Roman Qriqorçukun istefasından sonra boş qalan posta Sənan Qurbanov təyin edilib.

NUHÇIXAN kluba istinadla xəbər verir ki, 38 yaşlı mütəxəssislə ikiillik müqavilə imzalanıb.

Futbolçu kimi “Qarabağ”, “Dinamo”, “Şəfa”, “Saypa” (İran), “MKT-Araz”, “Şahdağ”, “Qəbələ”, AZAL, ABN), MOİK və “Muğan” klublarında çıxış edən hücumçu Azərbaycanın həm gənclər, həm də əsas milli komandalarında forma geyinib. O, əsas yığmada 1 oyun keçirib. S.Qurbanov 2004-cü il martın 31-də Moldova ilə səfər matçında meydana çıxıb.

Mütəxəssis futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi fəaliyyətə başlayıb. O, 2012-ci ilin yayından baş məşqçi kimi təyinatınadək “Qəbələ”nin əsas komandasında yardımçı məşqçi kimi fəaliyyət göstərib. 2014-cü ilin dekabrında Dorinel Muntyanu ilə yollar ayrıldıqdan sonra Qurbanov “qırmızı-qaralar”ı baş məşqçi kimi Premyer Liqada 3 matça çıxarıb. Bu oyunlarda “Qəbələ” 1 qələbə qazanıb, 2 heç-heçə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: