“YouTube” onlayn-videohostinqin istifadəçiləri xidmətin işində problemlərlə üzləşiblər.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən “Downdetector” portalı xəbər verir.
“YouTube”un işində problemlərin olması barədə məlumatlar təxminən saat 23:00-dan (GMT+4) daxil olmağa başlayıb.
İstifadəçilərin 66 faizi videoların yayımında problemlərin olduğunu, 23 faizi saytın düzgün işləməsini, 9 faizi isə öz hesabına daxil ola bilməməsini bildirir.
Servisin işində problemlər bütün dünyada, o cümlədən Rusiya, ABŞ, Ukrayna, Qazaxıstan, Fransa, Böyük Britaniya və Braziliyada müşahidə olunur.