Yerdənkənar həyatın axtarışı üçün atom tunel zondu yaradılıb

132

ABŞ mütəxəssisləri yerdənkənar həyat və ya onun əlamətlərinin axtarışı üçün Yupiter peykinin səthində qazma işləri aparacaq tunel zondu yaradıblar.

NUHÇIXAN “Naukatv” resursuna istinadən yazır ki, Avropanın (Yupiter peyki) müşahidələrinin nəticələri mikroskopik həyata malik olan səthaltı maye okeanın mövcudluğunu göstərib. Buz qatının qalınlığı 2-30 km təşkil edə bilər. Alimlərin fikrincə, biosiqnaturaların olduğu sahələrə çıxış əldə etmək üçün istənilən enmə aparatı bu maneəni dəf etməli olacaq. İllinoys Universitetinin (Çikaqo) tədqiqatçıları nüvə enerjisi ilə işləyən atom tunel zondu ərsəyə gətiriblər. Aparat Avropanın buz qatının içindən keçərək buzaltı okeanın səthinə çatmaqla ora həyat və ya onun əlamətlərinin axtarışı üçün istifadə ediləcək cihaz və alətlər çatdıracaq. Zond, həmçinin buz şelfinin yaşayış üçün yararlığının qiymətləndirməsini aparacaq.

Bildirilir ki, tədqiqatçılar tərəfindən zond üçün iki konstruksiya variantı nəzərdən keçirilib: onların biri kiçik nüvə reaktoru vasitəsilə işə salınır, digəri isə kosmik uçuşlar üçün nəzərdə tutulan radioaktiv istilik mənbələri ilə işləyir. Hər iki mənbənin istiliyi buz qatının əridilməsi üçün istifadə oluna bilər. Zondla rabitə əlaqəsini qurğu ilə optik lif kabeli vasitəsilə birləşdirilən retranslyatorlar təmin edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: