Yeni virtual reallıq eynəyi təqdim olunub

114

“Magic Leap” şirkəti yeni virtual reallıq eynəyi prototipini nümayiş etdirib.

NUHÇIXAN xəbər verir ki, virtual reallıq texnologiyasında ixtisaslaşan “Magic Leap” startapı “Google” və “Alibaba” kimi texnoloji nəhənglər tərəfindən dəstəklənir. Yeni qurğu eynək, hesablama platforması və interfeysin idarəetməsi üzrə kontrollerdən ibarətdir.

Eynək işıq sahəsinin fotonu tərəfindən rəqəmli işığın müxtəlif dərinlik və kəskinliklə generasiya olunduğu “Digital Lightfield” texnologiyasından istifadə edir. Bu işığın təbii işıqla qarışması nəticəsində real dünya ilə uyuşan rəqəmli obyektlər yaranır. Eynək, həmçinin, xüsusi ötürücülər, 6 kamera və 4 mikrofon ilə təchiz edilib.

Sistem ötürücüləri kontroller olmadan gözlərin, baş və əllərin hərəkətlərini izləyir.

Yayın sonunadək ABŞ-da satışa çıxarılacaq eynəyin qiyməti barədə məlumat verilmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: