Yeni “iPhone” smartfonları sentyabrın 12-də təqdim ediləcək

218

Növbəti nəsil “Apple” smartfonlarının təqdimetmə tarixi məlum olub. Son illər üzrə təqdimat cədvəli və bəzi başqa amillərə əsaslanaraq, yeni smartfonların 2018-ci il sentyabrın 12-də təqdim ediləcəyi gözlənilir.

NUHÇIXAN “ferra.ru” saytına istinadla xəbər verir ki, “Apple” belə tədbirləri adətən çərşənbə axşamı və çərşənbə günləri, həm də sentyabrın ikinci həftəsinədək keçirir. Beləliklə, sentyabrın 4-ü və 5-i, həmçinin 11-i və 12-si bu tədbirin keçirilməsi üçün uyğundur. Sentyabrın 12-də ABŞ-da Əmək Günü qeyd olunur, buna görə tədbirin sentyabrın 4-ü və ya 5-də keçirilməsi ağlabatan deyil. “Apple” şirkətinin yeni nəsil “iPhone” smartfonunu sentyabrın 11-də təqdim etməsi real sayılmır, çünki həmin gün ölkədə matəmdir. Yeni “iPhone” smartfonları sentyabrın 12-də təqdim edilə, sentyabrın 21-də isə satışa çıxarıla bilər.

“Apple” payızda 5,8 və 6,5 düym diaqonallı iki OLED-model, yeni “iPhone X” və “iPhone X Plus”, həmçinin “iPhone 9” kimi adlandırılan 6,1 düymlük ucuz LCD-modelini təqdim edəcək. Bütün aparatlar çərçivəsiz dizayn, sifətə görə istifadəçinin tanınması funksiyası (“Face ID”) və “A12” sürətli prosessoru ilə təchiz ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: