Yeni “iPhone” mobil bazarda ən güclü smartfon olacaq

151

Yeni nəsil “Apple A12” prosessoru məhsuldarlığına görə rəqiblərini geridə qoyacaq.

NUHÇIXAN  “life.ru” saytına istinadən yazır ki, “Apple” şirkətinin smartfonları mobil bazarda ən güclü qurğular olacaq. Yeni “A12” prosessoru “Apple” korporasiyasının rəqibləri qarşısında üstünlüyünü təmin edəcək. Bu haqda “Digitimes” analitik şirkəti məlumat verib.

Sözügedən çip 7 nanometrlik texnoloji proses üzrə hazırlanıb. “Macworld” nəşri yazıb ki, “A12” prosessoru “iPhone X”-da quraşdırılmış “A11 Bionic”dən 20-30% daha sürətli işləyəcək.

“Digitimes” analitik şirkəti əlavə edib ki, başqa prosessor istehsalçıları – “Qualcomm” və “MediaTek” yalnız 2019-cu ildə 7 nanometrlik texnoloji proses üzrə hazırlanmış çiplərini bazara çıxaracaq. Beləliklə, “Apple” öz rəqiblərini xeyli qabaqlamağa nail olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: