Yeni “Apple” qulaqcığı bədən temperaturunu və nəbzi ölçəcək

83

ABŞ-ın “Apple” şirkətinin yeni simsiz qulaqcığı insanın bədən temperaturunu və nəbzini müəyyənləşdirəcək sensorlarla təchiz ediləcək.

NUHÇIXAN “Belta” resursuna istinadən xəbər verir ki, texnologiyaya görə, patent hüququnun alınması üçün müraciət ötən il edilsə də, icazə indi verilib. Yumşaq korpus xüsusiyyəti sayəsində universal qulaqcıq ondan hər iki qulaq üçün rahat istifadəyə imkan verəcək.

Məlumata görə, xüsusi ötürücülər qulaqcığın hansı birindən istifadə edilməsini müəyyənləşdirəcək. Bu, qurğuya stero səsin səsləndirmə kanalını müstəqil seçməyə imkan verəcək.

İnsan sağlamlığının vəziyyəti barədə informasiya toplayan sensorlar istifadəçini kritik məqamda təhlükə, məsələn, ürəktutma barədə məlumatlandırmaq üçün nəzərdə tutulub.

Yeni “AirPods” qulaqcığının növbəti ilin birinci rübündə satışa çıxarılması planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: