Yeni “Apple” kompüterlərində “Linux” sisteminin quraşdırılması dayandırılıb

120

“Apple” şirkəti “Apple T2” təhlükəsizlik çipinə malik kompüterlərdə “Linux” əməliyyat sisteminin dəstəklənməsini dayandırıb.

NUHÇIXAN “Ferra” resursuna istinadən yazır ki, “Apple T2” çipi “iMac Pro”, eləcə də 2018-ci il buraxılışlı yeni “Mac Mini”, “MacBook Air” və “MacBook Pro” qurğularında istifadə olunur. Bu kompüterlər üçün “Windows” əməliyyat sisteminin quraşdırılmasının davam etdirilməsinə baxmayaraq “Linux” proqram təminatının dəstəklənməsi dayandırılıb. Nəticədə çip yeni fərdi kompüterlərdə “Linux” sisteminin yüklənilməsini bloklamağa başlayıb.

Prinsip etibarilə belə kompüterlərə “Linux” sisteminin quraşdırılması hələlik mümkün olsa da, bunun üçün təhlükəsiz yüklənilmə yardımçı kompüter proqramında (utility) “Təhlükəsiz yüklənilmə” funksiyasını söndürmək tələb olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: