Yeni “ağıllı” stol iş üçün tələb olunan bütün qurğularla təchiz edilib

182

ABŞ-ın “Cemtrex” şirkəti iş üçün lazım olan əksər qurğularla təchiz edilən “SmartDesk” adlı “ağıllı” stol nümayiş etdirib.

NUHÇIXAN xəbər verir ki, “SmartDesk” bir naqil vasitəsilə rozetkaya qoşulur. Elektrik enerjisi quraşdırılmış bütün qurğular üçün tələb olunur. Quraşdırılmış qurğular arasında “Core i7” prosessorlu və “Windows” əməliyyat sistemli kompüter xüsusilə seçilir.

Bildirilir ki, kompüterlə iş ümumi diaqonalı 72 düym təşkil edən üç sensor monitor vasitəsilə həyata keçirilir. Bundan başqa, sensor idarəetmə və ya jestlərlə idarəetmədən istifadə mümkündür. Şirkət tərəfindən jestlərlə idarəetmə “Stark Gesture System” adlandırılır. O, əlləri bir-birinə vurmaqla səhifələri çevirməyə imkan verir.

“SmartDesk” stoluna smartfon üçün simsiz enerjidoldurma, sənəd skaneri və ünsiyyət üçün simsiz qulaqcıq quraşdırılıb. Bundan əlavə, masanı həm oturaq, həm də ayaq üstə duran vəziyyətdə quraşdırmaq olar. Bu gün əksər istifadəçilər kompüter arxasında ayaq üstə işləməyə üstünlük verir.

“SmartDesk” stolunun qiyməti 4 min dollar təşkil edir. Sifarişlər şirkətin saytında qəbul olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: