Yaponiyada uçan avtomobilin ilk sınağı keçiriləcək

84

Yaponiyada uçan avtomobilin ilk testi üçün hazırlıqlar başa çatıb. Sınaqlar may ayında Ayti prefekturasının Toyota şəhərində, avtomobil istehsalı nəhəngi “Toyota Motor” konserninin mənzil-qərargahının və zavodlarının yerləşdiyi poliqonda pilotsuz avtomatik rejimdə həyata keçiriləcək.

NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, o, kvadrokopter kimi uçmağa imkan verən 4 vintlə, avtomobil rejimində hərəkət etmək üçün 3 təkərlə təchiz olunub. İki nəfər üçün nəzərdə tutulan avtomobilin uzunluğu 3,7 metr, hündürlüyü 1,5 metrdir.

Konstruktorların planına əsasən, maşın 10 metr hündürlüyə qalxa və saatda 100 kilometr sürətlə uça biləcək. Uçan avtomobilin 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadaya qədər hazır olacağı nəzərdə tutulur. Versiyalardan birinə görə, uçan avtomobildən Olimpiya Oyunlarının açılış mərasimində istifadə olunacaq və onun sürücüsü Olimpiya məşəlini yandıracaq.

Hazırlanmasında “Toyota Motor” konserninin, NEC elektrotexnika kompaniyasının və “Cartivator” şirkətinin iştirak etdikləri uçan avtomobilin 2025-ci ilədək bazara çıxarılacağı planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: