“Xiaomi” yeni smartfonlarını təqdim edib

159

Çində keçirilmiş tədbirdə “Xiaomi” şirkəti “Mi8” qabaqcıl smartfonunu və onun iki modifikasiyasını (“Mi8 SE” və “Mi8 Explorer Edition”) təqdim edib.

NUHÇIXAN xəbər verir ki, bütün modellər tam ölçülü displey və arxa paneldə ikiqat kameraya malikdir. Əsas model 2248×1080 piksel təsvir ölçülü 6,21 düymlük AMOLED displey, 6/8 QB-lıq əməli yaddaş, “Snapdragon 845” qabaqcıl prosessoru və 64/128/256 QB-lıq daxili yaddaşla təchiz edilib. Aparat daktiloskopik və biometrik sensorlara malikdir. Smartfona quraşdırılmış ikiqat kamera 12 meqapiksellik təsvir ölçüsünə malik iki sensordan ibarətdir.

Aparat 3500 milliamper/saat tutumlu “Quick Charge 4.0+” simsiz və sürətli enerjidoldurma texnologiyasına malik akkumulyatorla təchiz edilib. “Android 8.1 Oreo” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfonun platformasını “Android P”-yə yeniləmək mümkün olacaq.

Büdcə versiyası olan “Mi8 SE” modifikasiyası 2244×1080 piksel təsvir ölçülü 5,88 düymlük AMOLED displey, “Snapdragon 710” prosessoru, 4/6 QB-lıq əməli yaddaş, 64 QB-lıq daxili yaddaşla təchiz edilib. İkiqat kameranın təsvir ölçüsü 12+5 meqapiksel, akkumulyator batareyasının tutumu 3120 milliamper/saat təşkil edir və “Quick Charge 4.0+” sürətli enerjidoldurma texnologiyasına malikdir.

“Explorer Edition” versiyası qabaqcıl modeldən, demək olar, fərqlənmir. Yalnız şəffaf korpus və biometrik sensorla birgə ekranda gizlədilmiş barmaq izləri skaneri bu aparatı “MI8”-dən fərqləndirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: