“Xiaomi” ən bahalı məhsulunu buraxdı

189

Məhsullarının müxtəlifliyi ilə təəccübləndirən “Xiaomi” şirkəti özünün ən bahalı məhsulunu buraxıb.

NUHÇIXAN-ın ixbt.com saytına istinadən məlumatına görə, bu, tam bir ev mebeli dəstidir.

“Gaoya Whole House Set” dəsti “Master Tong” brendi ilə müştərək yaradılıb və gənc insanlar üçün nəzərdə tutulub. Ora 25 mebel əşyası daxildir ki, onunla da istənilən Çin evini quraşdırmaq mümkündür. Bura qonaq otağı və mətbəxdən tutmuş, yataq və kabinet mebeli daxildir. Bunu nəzərə alaraq dəstə televizor altı dolab və jurnal masası, yemək masası və stullar, yumşaq künc divanı, ayaqqabı və paltar üçün şkaf, ikiyerli yataq və tumbalar, yazı masası və kitab şkafı, həmçinin digər əşyalar daxildir.

Qeyd edilir ki, material qismində təbii ağacdan və dəridən istifadə edilib. Latundan olan furnitura isə qızılı suya çəkilib. Bu dəstin qiyməti 4500 dollardır. Onun tədarükünə oktyabrın 7-dən başlanılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: