“WhatsApp”da aşkar edilmiş mesaj smartfonun işini dayandırır

77

“WhatsApp” messencerinin istifadəçiləri smartfonun işində nasazlıq yaradan zərərli mesajdan şikayət ediblər. Bu haqda “MensXP” nəşri yazıb.

NUHÇIXAN “ria.ru” saytına istinadən yazır ki, mesajın müəllifləri istifadəçilərə öncədən “tələ” haqda xəbərdarlıq ediblər. Bununla belə bu tələyə düşənlər tapılıb.

“Aşağıdakı mesajın üzərinə sıxsan, WhatsApp bir müddətə donacaq” –  zərərli mesajın mətnində deyilir. Bundan sonra bir neçə boşluq və “bura sıxma” yazısı gəlir.

Portalın məlumatına görə, boşluqların yerində gizlədilmiş simvolların üzərinə sıxdıqda cihazın işində nasazlıq yaranır. Bu halda istifadəçilər bildiriblər ki, problemi aradan qaldırmaq üçün sadəcə smartfonu yenidən yükləmək lazımdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: