Whatsapp’a Telegram kanallarının analoqu gəldi

335

Məşhur Whatsapp messencerinə Telegram-dakı kanalların analoqu funksiyası gəldi. NUHÇIXAN xəbər verir ki, bu yeni funksiya vasitəsilə Whatsapp-ın qrup çatlarında yalnız qrup adminləri paylaşımlar edə bilərlər. Bu yeni funksiya sayəsində istifadəçilər qrup çatları sayəsində onları maraqlandıran məlumatları xəbər və ya elan formatında əldə edə biləcəklər. Bununla belə adi istifadəçilər bu cür qruplarda mesaj, foto və ya digər kontent göndərə bilməzlər. Bunu yalnız qrup adminləri edə bilərlər. Adi istifadəçilər isə sadəcə olaraq adminlər tərəfindən paylaşılacaq məlumatları əldə edə bilərlər. Beləliklə bu cür qruplar bir tərəfli idarəetmə ilə idarə olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: