“WhatsApp” messencerində qrup halında audio və video zəng funksiyası aktivləşib

215

İyulun 30-dan etibarən “WhatsApp” messencerində qrup halında audio və video zəng funksiyası aktivləşib.

NUHÇIXAN-ın məlumatına  görə, bu barədə şirkətin bloqunda məlumat verilib.

Qrup zəngində 4-ə qədər insan iştirak edə bilər. Bunun üçün əvvəlcə onlardan birinə zəng etmək, daha sonra ekranın yuxarı sağ küncündəki düymə ilə söhbətə digər istifadəçiləri cəlb etmək lazımdır.

Yeni funksiya artıq messencerin “Android” və iOS üçün son yenilənməsində əlçatandır. Qrup zəngləri adi zənglər kimi tam şifrələnir.

Messencerin ekspertləri hesablayıb ki, istifadəçilər zənglərə gündə 2 milyard dəqiqədən çox vaxt sərf edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: