“WhatsApp” messencerində fərdi informasiyanı yükləmək funksiyası istifadəyə veriləcək

85

Avropa Birliyinin yeni qanununa müvafiq olaraq “WhatsApp” messencerinə bütün fərdi məlumatları yükləmək funksiyası əlavə edilib.

NUHÇIXAN “hi-tech.mail.ru” saytına istinadən yazır ki, “Facebook” istifadəçilərinin fərdi məlumatlarından istifadə ilə bağlı qalmaqaldan sonra Avropa Birliyi internetdə fərdi məlumatların mühafizəsi haqda yeni qanun qəbul edib. Yeni qanunun tələblərindən biri odur ki, istifadəçilər sayt, sosial şəbəkə və ya messencerin onlar haqda hansı məlumatlar topladığını bilməlidir. Buna görə “WhatsApp” messencerinə belə funksiya əlavə edilib.

“Hesab haqda informasiyanı əldə etmək sorğusu” funksiyası hələ ki yalnız “WhatsApp” messencerinin “Android” üçün beta-versiyasında (v2.18.128)  əlçatandır. Buna görə bu funksiyanı indi yoxlamaq üçün ya beta-tester olmalı,  ya da apk-faylını yükləmək lazımdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: