“Viber” messencerində çatda göndərilən mesajların ani tərcüməsi əlçatan olub

133

“Android” mobil sisteminin idarəetməsi altında işləyən qurğular üçün “Viber” messencerində çatda göndərilən mesajların ani tərcüməsi əlçatan olub. Yaxın vaxtlarda isə “iOS” sistemi ilə işləyən qurğuların istifadəçiləri üçün belə imkan əlçatan olacaq.

NUHÇIXAN “itc.ua” saytına istinadən yazır ki, beləliklə, indi “Viber” messenceri istifadəçiləri mesajı birbaşa çatın pəncərəsində istənilən dilə tərcümə edə bilərlər. Bunun üçün mesajın üzərinə sıxmaq, “tərcümə et” opsiyasını seçmək lazımdır və bundan sonra mətn seçilmiş dilə uyğun olaraq tərcümə ediləcək.

Mesajlar qurğuda başlanğıc ayar kimi  təyin edilmiş dilə avtomatik tərcümə olunacaq.

Bu funksiya “Google Translator” ilə inteqrasiya nəticəsində əlçatan olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: