Uşaqlar üçün 3D-printer istehsal olunacaq

69

Rusiyanın Sankt-Peterburq şəhərinin sakini Stanislav Pimenov uşaqlar üçün 3D-printerin istehsalı ilə bağlı startapı işə salıb.

NUHÇIXAN-ın  məlumatına görə, Pimenov Sankt-Peterburq İnformasiya Texnologiyaları, Mexanika və Optika Universitetinin Mexanika fakültəsini bitirib və “FutureTechnologies” akselatorunun rezidenti olub.

Hazırda o, uşaq robototexnika dərnəkləri ilə əməkdaşlıq edir və müstəqil olaraq printerlərin yığılmasını həyata keçirir.

İxtira müəllifinin sözlərinə görə, uşaqlar sərbəst olaraq plastiki yerləşdirə, kompleksi kalibrləşdirə və şəxsi oyuncağının hazırlanmasını işə sala biləcək. Pimenov qeyd edib ki, printerin köməyi ilə uşaq düşüncəsini daha da inkişaf etdirə biləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: