Ucuz “Android” smartfonlar casusluq edir

266

Mütəxəssislər xəbərdarlıq edirlər ki, “Android” əməliyyat sistemi ilə işləyən ucuz Çin smartfonları öz sahiblərinə qarşı casusluq edirlər.

NUHÇIXAN-ın Rueconomics.ru saytına istinadən məlumatına görə, söhbət “Singtech” markalı cihazlardan gedir. Onları kütləvi şəkildə Asiya və Cənubi Amerikanın inkişafda olan ölkələrinə tədarük edirlər.

Mütəxəssislərin sözlərinə görə, bu smartfonlar istifadəçilər barəsində məlumatları toplayan və onları reklam agentliklərinə ötürən daxili tətbiqlərlə təchiz edilib. Onlar isə istifadəçilərin maraqlarını nəzərə alaraq, onlara bezdirici reklamlar göndərirlər.

Qeyd edək ki, casus-smartfonlar daha çox Hindistan, Çin, Braziliya, Myanma və Kamboca kimi ölkələrdə yayılıb. Bununla belə, cihazların ucuzluğu baxımından yerli sakinlər internetə çıxmaq üçün öz məxfiliklərini qurban verməyə hazırdırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: