Süni intellekt sistemi dərmanları sıfırdan hazırlayır

146

Süni intellekt dərman molekullarını sıfırdan hazırlamağı öyrənir. Bu, yeni preparatların hazırlanmasını sürətləndirə bilər.

NUHÇIXAN xəbər verir ki, ABŞ-ın Şimali Karolina Universiteti tərəfindən hazırlanan “ReLeaSE” sistemi 2 neyron şəbəkənin daxil olduğu alqoritm və kompüter proqramıdır: “müəllim” və “şagird”. “Müəllim” 1,7 milyon məlum bioloji aktiv molekulun kimyəvi strukturları barədə məlumatlıdır. “Müəllim” ilə işləyən “şagird” onları öyrənir və yeni dərmanlar kimi faydalı olacaq maddələr təklif etməyə başlayır.

Mütəxəssislər bu prosesi dilin öyrənilməsi ilə müqayisə edirlər: molekulyar əlifba və dil qaydaları öyrənildikdən sonra “şagird” yeni “sözlər” və ya molekullar yarada bilir. Həyat qabiliyyətinə malik və arzulanan effekti verən yeni molekul “müəllim” tərəfindən bəyənilir.

“ReLeaSE” virtual seçim – həyat qabiliyyətinə malik namizəd dərmanların müəyyənləşdirilməsi üçün əczaçılıq sənayesində geniş istifadə edilən hesablama metodu üçün nəzərdə tutulan innovativ proqramdır. Virtual seçim alimlərə mövcud kimyəvi məlumat bazalarını qiymətləndirməyə imkan verir, lakin metod yalnız məlum kimyəvi maddələrlə işləyir. Tədqiqatçıların sözlərinə görə, alqoritmin müəyyən bioloji aktivliyə malik yeni və patent almağa layiq olan kimyəvi obyektlər hazırlamaq qabiliyyəti əczaçılıq sahəsi üçün cəlbedici olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: