Stilusa malik çərçivəsiz “LG Q Stylus” smartfonu təqdim olunub

149

“LG Electronics” şirkəti “LG Q Stylus” smartfonunu təqdim edib. Bu, indi dəb halını almış çərçivəsiz dizaynda hazırlanmış və stilusa malik orta səviyyəli smartfondur.

NUHÇIXAN xəbər verir ki, arxa paneldə barmaq izləri skaneri, həmçinin ani “selfi” çəkməyə imkan verir. Smartfon “IP68” səviyyəsində su və toza qarşı dayanıqlıdır və möhkəmlik üzrə “MIL-STD 810G” hərbi standartına malikdir.

Smartfon 1,5 və ya 1,8 QHs takt tezlikli adı məlum olmayan səkkiznüvəli prosessor, “Full HD+” (2160×1080 piksel) təsvir ölçülü 6,2 düymlük ekran, 16 meqapiksellik əsas kamera, 8 və ya 5 meqapiksellik ön kamera, 3 QB əməli və 32 QB daxili fləş yaddaş (microSD formatlı kartların köməyi ilə yaddaşı 2 TB-dək artırmaq mümkündür). Akkumulyator batareyasının tutumu 3300 milliamper/saat təşkil edir.

Smartfon “Android 8.1.0 Oreo” əməliyyat sisteminin idarəetməsi altında işləyir. 2 SİM kart, “Wi-Fi” (802.11 b, g, n), “Bluetooth 4.2”, “NFC”, “FM” radio, “USB Type-C 2.0” portu dəstəklənir.

İyundan etibarən “LG Q Stylus” smartfonu məhdud sayı Şimali Amerika və Asiyada, ilin üçüncü rübündə isə başqa əsas regionlarda təqdim ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: