“Skype”da danışıqları yadda saxlamaq mümkün olacaq

157

“Skype” videomessencerinin növbəti yenilənməsində səsli və videozənglərin yazılması funksiyası əlçatan olacaq. Bundan əvvəl danışığın səs yazısını əldə etmək istəyən istifadəçilər kənar, əsasən pullu xidmətlərdən (məsələn, “Avaer”) istifadə etmək məcburiyyətində idilər.

NUHÇIXAN “hitech.vesti.ru” saytına istinadən bildirir ki, həmsöhbətlərdən biri danışığı yadda saxlamaq istədikdə digər həmsöhbətə bu haqda bildiriş göndəriləcək. Səs yazıları “bulud” saxlama sistemində saxlanıldığına görə onları istənilən qurğudan (“Windows”, “Mac”, “iOS”, “Android” və hətta “Linux”) dinləmək mümkün olacaq.

“Skype” proqramının yeni versiyası cari ayın sonuna kimi təqdim olunacaq.

Cari ilin yazında “Microsoft” korporasiyası “Android” mobil sistemi üçün “Skype” proqramının yüngül versiyasını təqdim edib. Proqram zəif qurğularda daha yaxşı işləyir, görüntü və səs daha yüksək keyfiyyətdə ötürülür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: