“Sehrli” çubuq uşaqlara proqramlaşdırmanın əsaslarını öyrədəcək

165

İngiltərənin “Kano” şirkətinin mütəxəssisləri uşaqlara proqramlaşdırmanı əyləncəli formada öyrətmək məqsədilə Harri Potterin “sehrli” çubuğunu hazırlayıblar. Qurğu “Javascript” proqramlaşdırma dilinin əsaslarının öyrənilməsi üçün xüsusi sensorlara malikdir.

NUHÇIXAN  xəbər verir ki, artıq uşaqlar proqramlaşdırmanı müxtəlif oyunlarla öyrənməyə kömək edəcək “sehrli” aləti əldə edə biləcəklər. İstifadə etməzdən əvvəl çubuğu yığmaq və iOS, Android, Mac və PC platformalarında işləyən qadcetə yüklənmiş proqrama qoşmaq lazımdır.

“Sehrli” çubuq məkanda onun yerini müəyyən edən sensorların sayəsində işləyir. Dəstə 70 öyrədici tapşırıq daxildir. Kodun yazılması çubuğu vuraraq ovsun etməyə bənzəyir. Qiyməti 100 dollar təşkil edəcək qurğunu ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya və Yeni Zelandiyada əldə etmək mümkün olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: