“Samsung” yeni smartfonunu təqdim edib

153

Cənubi Koreyanın “Samsung” şirkəti “Galaxy Wide 3” modelini təqdim edib.

Aparat HD formatlı (1280×720 piksel) 5,5 düymlük ekranla təchiz edilib. 1,6 QHs-dək takt tezliyində işləyən və 8 hesablama nüvəsindən ibarət prosessorun markası dəqiq məlum deyil.

NUHÇIXAN xəbər verir ki, əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 2 və 32 QB-dır. Həm ön, həm də arxa kameranın təsvir ölçüsü 13 meqapiksel təşkil edir. Akkumulyator batareyasının tutumu 3300 milliamper/saatdır.

SİM-kartlar üçün iki slot, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.1”, “GPS” və “Qlonass” simsiz rabitə texnologiyaları dəstəklənir. “VoLTE” funksiyası LTE şəbəkəsində səsli zənglər etməyə imkan verir. Smartfon “Android 8.0 Oreo” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.

Yeni telefon gümüşü və qara rəngli korpuslarda əlçatandır. “Samsung Galaxy Wide 3” modeli təxminən 275 ABŞ dollarına Cənubi Koreya bazarında satışa çıxarılıb. Yeni smartfonun başqa ölkələrə tədarük müddəti haqda hələ heç bir məlumat verilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: