“Samsung” yeni nəsil saatını təqdim edib

188

“Samsung” korporasiyası yeni qabaqcıl “Note 9” smartfonunun təqdimatına həsr edilmiş “Galaxy Unpacked” adlı xüsusi tədbir zamanı yeni nəsil “Galaxy Watch” saatlarını ictimaiyyətə təqdim edib.

NUHÇIXAN “belta.by” saytına istinadla xəbər verir ki, həmin cihaz sukeçirməz korpusla təchiz edilib və böyük tutumlu batareyaya malikdir.

“Galaxy Watch” saatları telefona bağlanmadan işləyə və sahibinin fiziki aktivliyini, yuxusunun müddət və keyfiyyətini izləyə, gündəlik qaydalara nəzarət edə bilər. Yeni funksiyalardan biri şəxsi onlayn təlimə giriş imkanının yaradılmasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: