“Samsung” smartfonlar üçün elastik ekranların buraxılışına başlayır

117

Cənubi Koreyanın “Samsung” şirkəti smartfonlar üçün elastik ekranların buraxılışına hazırlaşır. Şirkət artıq təcrübi yığım xəttini quraşdırmağa başlayıb. Sınaq istehsalının hazırda “OLED” panellərinin hazırlandığı ölkənin Asan şəhərində yerləşən zavodda işə salınması planlaşdırılır.

NUHÇIXAN xəbər verir ki, elastik displeylərin ilk sınaq partiyasının yaxın iki ayda buraxılacağı gözlənilir. Testin uğurlu keçəcəyi təqdirdə xətt kütləvi istehsal üçün uyğunlaşdırılacaq və növbəti ildə məhsulun buraxılış həcmi 1 milyon ədədə çatdırılacaq.

Xatırladaq ki, “Samsung” smartfonlar üçün elastik ekranların istehsalı ilə bağlı planlarını ilk dəfə 2017-ci ildə açıqlayıb. Lakin o vaxtdan belə ekranlara malik qurğuların təqdimat tarixi iki dəfə təxirə salınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: