“Samsung” oyun həvəskarları üçün smartfon istehsal edəcək

171

Videooyunlar bazarına daxil olmağa hazırlaşan Cənubi Koreyanın “Samsung” şirkəti oyun həvəskarları üçün smartfon üzərində çalışır.

NUHÇIXAN “Tvzvezda” resursuna istinadən yazır ki, məlumata görə, hazırda şirkət proqram təminatı tədarükçüləri ilə danışıqlar aparır. İstehsalçı oyun qurğusu buraxmaqla xüsusi oyun smartfonlarına böyük tələbatın olduğu Çin bazarında zəifləyən mövqeyini möhkəmlətmək niyyətindədir. Mobil qurğunun nə vaxt təqdim ediləcəyi barədə məlumat verilmir.

Qeyd olunur ki, smartfonlar bazarında hazırda videooyun həvəskarları üçün bir neçə smartfona rast gəlmək mümkündür. Onlardan biri xüsusi oyun rejiminə malik “Xiaomi Black Shark” smartfonudur. Mütəxəssislər onu “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən ən məhsuldar smartfon hesab edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: