“Samsung Galaxy Note 9” smartfonunun qiyməti açıqlanıb

238

“Samsung Galaxy Note 9” smartfonunun Avropa üçün qiyməti məlum olub. Bu barədə Polşanın “SpidersWeb” bloqu “Samsung” şirkətinin əməkdaşına istinadən məlumat verib.

NUHÇIXAN xəbər verir ki, keçirilən ilkin brifinq zamanı şirkət nümayəndəsi yeni modelin qiymətinin 4 299 Polşa zlotu olacağını bildirib ki, bu da 1 160 dollar və ya  994 avroya uyğundur. Bu, smartfonun 6 giqabaytlıq operativ yaddaşa və 128 giqabaytlıq quraşdırılmış yaddaşa malik əsas versiyasının qiymətidir. Polşada ilkin sifarişlərin qəbuluna qurğunun təqdimat günündən başlanılacaq, satışlar isə avqustun 24-dən etibarən start götürəcək.

Məlumata görə, “Samsung Galaxy Note 9”-da qeyri-adi dəyişikliklər gözlənilmir və bu, əvvəlki modellərin səhvləri üzərində aparılan növbəti iş hesab edilir. Yeni smartfon dizaynına görə ümumilikdə əvvəlki modellərə bənzəsə də, cüzi dəyişikliklər olacaq – ekran ətrafında çərçivələr bir qədər kiçildiləcək və barmaq izi skanerinin forması dəyişəcək.

Yeni modelin proqram təminatı “Galaxy S9+” smartfonu ilə eyni olmaqla “S Pen” elektron qələmi ilə fərqlənəcək. Smartfon 6,4 düym diaqonallı ekran, 4 min və ya 3850 milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək. Bu, ötən il təqdim olunan 3300 milliamper/saat tutumlu “Galaxy Note 8” modelinin akkumulyatorundan daha güclüdür. Bundan başqa, yeni qurğunun əsas qoşa kamerasının təkmilləşdiriləcəyi gözlənilir.

Bundan əvvəlki məlumatlara görə, “Crown” kod adlı “Samsung Galaxy Note 9” smartfonu qabaqcıl “Galaxy S9” və “Galaxy S9+” modelləri kimi “Infinity Display 2.0” displeyinə malik olacaq. “S-AMOLED” ekran texnologiyasını və 18,5:9 tərəf nisbətlərini qoruyacaq  “Galaxy Note 9” modeli “Samsung” şirkətinin barmaq izi skanerinin ekrana inteqrasiya olunduğu ilk smartfonu ola bilər.

Bildirilir ki, qurğunun aparat əsasını buraxılış regionundan asılı olaraq “Exynos 9810” və “Qualcomm Snapdragon 845” prosessorları təşkil edəcək.

“Samsung” şirkəti “Galaxy Note 9” smartfon modelinin rəsmi təqdimatını avqustun 9-da Nyu-Yorkda keçirəcək.

“Samsung Galaxy Note 9” smartfonunun rəsmi təqdimatı avqustun 9-da Nyu-Yorkda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: