“Samsung” 7 nm-lik texnoloji proses üzrə prosessor istehsal edəcək

174

“Samsung” şirkəti 7 nanometrlik “7LPP” (Low Power Plus) texnoloji prosesi üzrə çip istehsalına başlayıb. Yeni texnologiya 10 nm-lik “FinFET” prosessorları ilə müqayisədə 40% daha az yer tutan və eyni zamanda 20% daha məhsuldar olan yarımkeçiricilər istehsal etməyə imkan verəcək.

NUHÇIXAN “hitech.vesti.ru” saytına istinadən yazır ki, nəticədə belə çiplər quraşdırılacaq smartfon və başqa elektronika daha sürətli və uzun müddət işləyə bilər, həmçinin fiziki ölçüləri kiçik olacaq.

“Samsung” şirkətinin rəsmisi bildirib ki, 7 nm-lik “7LPP” texnologiyası üzrə hazırlanmış çiplər “5G” şəbəkələr üçün avadanlıq, məlumat mərkəzləri, süni intellekt sistemləri və “Əşyalar interneti” cihazlarında tətbiq edilə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: