Sahibinin arxasınca gedən “Gita” robot-çamadanı təqdim edilib

174

İtaliyanın “Piaggio” şirkəti dünyada əfsanəvi “Vespa” motorollerləri ilə məşhurdur. “Piaggio Fast Forward” – bu, İtaliya şirkətinin 2015-ci ildə ABŞ-da təsis edilmiş bölməsidir. Hazırda bu bölmə sahibinin əşyalarını daşımaq üçün nəzərdə tutulmuş “Gita” robot-çamadanını sınaqdan keçirir.

NUHÇIXAN “hi-news.ru” saytına istinadla xəbər verir ki, “Gita” (italyan dilindən tərcümədə “çıxış” və ya “səyahət” deməkdir) – bu, parlaq işıq diodu işıqlandırıcısına malik ikitəkərli sarı, qırmızı, yaşıl və ya boz rəngli robotdur. Robot çamadanın daxilində 33 litr tutumunda yer var. Robot 20 kiloqramadək yükü daşıya bilər.

“Gita” robotunda tətbiq edilmiş datçiklər ona sahibinin arxasınca getməyə və başqa insanlarla toqquşmaların qarşısını almağa imkan verir. Bundan başqa, robot hərəkət marşrutlarını yaddaşda saxlaya, ona tanış marşrutlarda sahibsiz hərəkət edə bilir.

Hazırda istehsalçı robotu sınaqdan keçirir, amma 2019-cu ilin əvvəlində “Gita” robotunun yüklərin daşınması üçün müxtəlif şirkət və müəssisələrə tədarükü planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: