NUHÇIXAN xəbər verir ki, bu ilin yaz fəslində HTC şirkəti özünün Exodus adlı ilk blockchain smartfonu üzərində çalışdığını anons etmişdi. Sözügedən smartfonun texniki göstəriciləri barəsində hələki heç bir məlumat yoxdur. Lakin məlum olan bir şey var ki, həmin smartfon beynəlxalq bazarda satılacaq və digər blockchain smartfon olan Sirin Finney(1000$) dəyərində satılacaq. HTC Exodus-da kriptovalyutalar üçün elektron portmanat olacaq.
Həmçinin smartfonun desentrəlizə olunmuş tətbiqləri də dəstəkləyəcəyi gözlənilir. Bundan əlavə olaraq HTC Exodus vasitəsilə kriptovalyuta mayninqi özəlliyi də nəzərdən keçirilir. Beləliklə HTC Exodus-un rəsmi təqdimatı üçüncü rübün sonunda (Sentyabr ayı) gözlənilir. Onun satışlarına isə bu ilin sonunadək start verilməlidir. Həmçinin qeyd etmək lazımdır ki, sözügedən smartfon məşhur CryptoKitties oyununun mobil versiyasını da özündə birləşdirəcək. Oyunun mobil versiyasında kriptopişikləri yaratmaq və kolleksiya etmək mümkün olacaq.