“Qualcomm” yeni sürətli enerjidoldurma texnologiyası təqdim edib

103

“Qualcomm” şirkəti “Quick Charge” adlı sürətli enerjidoldurma texnologiyasının növbəti nəslini təqdim edib. Şirkət enerji bloku və smartfonun qızmaması halında ötürülən gücün artırılması üçün çoxaxınlılıq ideyasını inkişaf etdirməyə davam edir.

NUHÇIXAN “4pda.ru” saytına istinadən yazır ki, hazırda aktual olan “Quick Charge 4+” texnologiyasında enerjinin ötürülməsi iki axınlıdır. Bu, enerjidoldurma qurğusunun çıxış gücünü 18 vattadək artırmağa imkan verib. Həmçinin istiliyin effektiv yayılması reallaşdırılıb. Bunun nəticəsi olaraq sürətli şəkildə enerji toplayan smartfon qızmır.

“Qualcomm” şirkətinin yeni nəsil “Quick Charge” texnologiyasını dəstəkləyən növbəti nəsil prosessorlarında artıq enerji 3 üsulla ötürüləcək ki, bu da enerjidoldurma gücünü 2 dəfə (32 vattadək) yüksəldəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: