Pilotsuz uçan aparat uçuş müddətində rekorda imza atıb

228

Avropanın “Airbus” təyyarəqayırma konserninin hazırladığı “Zephyr S” pilotsuz uçan aparatı havada 15 sutkadan çox qalaraq dronlar arasında uçuş müddətinin mütləq rekordunu qırıb.

NUHÇIXAN “Rambler resursuna istinadən yazır ki, “Zephyr S” aparatının ilk uçuşu iyulun 11-də başlayıb. Arizona ştatında yerləşən poliqondan buraxılan dron indiyədək havada uçur. Aparatın uçuş müddətinin son rekordu onun yerə enişindən sonra qeydə alınacaq. Lakin bunun nə vaxt baş verəcəyi barədə məlumat verilmir. Nəzəri baxımdan aparat havada 3 ay qala bilər.

Pilotsuz uçan aparatlar arasında uçuş müddətinin əvvəlki rekorduna “Zephyr” aparat prototipi imza atıb – günəş batareyaları ilə işləyən iki elektromotorlu dron havada 2 həftə qalıb.

Qanadlarının uzunluğu 28 metr təşkil edən “Zephyr” aparatının bütün üst səthi günəş batareyaları ilə əhatə olunub. Aparat 21,3 km hündürlükdə uçuşlar yerinə yetirə və 5 kq-dək faydalı yük daşıya bilir. “Zephyr S” pilotsuz uçan aparatının seriyalı istehsalına bu ayın ortalarında Britaniyanın Farnboro şəhərində başlanılıb. İlk 3 dronun Britaniya hərbçilərinə təqdim edilməsi planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: