“HMD Global” şirkəti tərəfindən “MWC” sərgisində təqdim edilmiş “Nokia 6.1” smartfonu artıq Çində satışa çıxarılıb.
NUHÇIXAN “ilenta.com” saytına istinadən yazır ki, məlum olub ki, bu smartfonu Almaniyada satın almaq mümkündür. 4 QB-lıq əməli yaddaş, 64 QB-lıq daxili fləş yaddaşla təchiz edilmiş “Nokia 6.1” smartfonunun dəyəri 302 funt (355 dollar) təşkil edib.
Xatırladaq ki, “Nokia 6.1” smartfonu “Corning Gorilla Glass” qoruyucu şüşəsinə malik “Full HD” (1920×1080 piksel) təsvir ölçülü 5,5 düymlük 2.5D displey, 2,2 QHs takt tezlikli “Qualcomm Snapdragon 630” prosessoru ilə təchiz edilib və “microSD” yaddaş kartlarını dəstəkləyir.
Aparatın arxa panelində f/2.0 diafraqması, avtofokus və ikiqat işıq diodu işıqlandırıcısına malik 16 meqapiksellik əsas kamera, ön paneldə isə 8 meqapiksellik kamera quraşdırılıb.
“Nokia 6.1” smartfonunun arxa panelində barmaq izləri skaneri quraşdırılıb. Aparat “Dual SİM” hibrid slotu, “4G VoLTE”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth v5”, “GPS”, “USB Type-C” portu, 3.5 mm-lik audio konnektor, FM-radio dəstəkləyir və “Android Oreo” sisteminin idarəetməsi altında işləyir. Akkumulyator batareyasının tutumu 3000 milliamper/saat təşkil edir.