Neyroşəbəkə zəlzələni proqnozlaşdıracaq

139

Tokio Universitetinin tədqiqatçıları geomaqnit sahəsində lokal dəyişiklikləri insandan daha tez ölçən neyroşəbəkə hazırlayıblar. Texnologiya zəlzələ və sunamilərin proqnozlaşdırılmasının dəqiqliyini artırmağa imkan verəcək.

NUHÇIXAN “Hightech” resursuna istinadən yazır ki, zəlzələ və ya sunamilər zamanı pyezomaqnit adlanan effekt baş verir – parçalanma nəticəsində çıxan böyük miqdarda enerji geomaqnit sahəsinin lokal dəyişikliyinə səbəb olur.

Məlumata görə, təbii fəlakətlərin proqnozlaşdırılması zamanı əsas vəzifə dəyişiklikləri izləmək və əhalini ikinci dağıdıcı dalğa yaşayış ərazilərinə yaxınlaşmazdan əvvəl xəbərdar etməkdən ibarətdir.

Seysmoloqlar tərəfindən neyroşəbəkəyə Yaponiya ərazisində yüzlərlə nöqtədə maqnit sahəsində baş verən tarixi dəyişikliklər üzrə aparılan müşahidələr haqqında məlumatlar yüklənilib. Nəticədə onlar təbii fəlakətlərlə əlaqədar dəyişiklikləri təxminən 100 faiz dəqiqliklə proqnozlaşdıran süni intellekt yaratmağa nail olublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: