“Microsoft” süni intellekt sahəsində həllərlə məşğul olan “Semantic Machines” şirkətini satın alıb

94

“Microsoft” korporasiyası süni intellekt sahəsində həllərlə məşğul olan “Semantic Machines” şirkətini satın alıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Microsoft”un bloqunda məlumat verilib. Sövdələşmənin məbləği açıqlanmayıb. Məlumata görə, “Semantic Machines” şirkətinin süni intellekt sahəsində həlləri “Cortana” adlı səsli köməkçi, həmçinin “Azure Bot” və “Xiaolce” xidmətlərinin inkişafında istifadə ediləcək. Bundan başqa, “Microsoft”un nümayəndəsi korporasiyanın Berklidə süni intellekt sahəsində tədqiqatlar üçün mərkəz yaratmaq niyyətində olduğunu bildirir.

Qeyd edək ki, “Semantic Machines” şirkəti 2014-cü ildə təsis edilib. Bu şirkətdə yaradılmış texnologiyalar çatbot və səsli köməkçilərə istifadəçi ilə daha təbii ünsiyyət qurmağa imkan verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: