Merkurinin tədqiqi üzrə “BepiColombo” missiyasının startı payıza təyin edilib

169

Avropa Kosmik Agentliyi (ESA) məqsədi Günəşə ən yaxın planet – Merkurinin tədqiqi olan “BepiColombo” missiyasının aparatlarının buraxılış müddətini müəyyənləşdirib.

NUHÇIXAN xəbər verir ki, “BepiColombo” layihəsi “ESA” tərəfindən Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (Japan Aerospace eXploration Agency – JAXA) ilə birlikdə həyata keçirilir. Missiya kosmik aparatların digər planetlərə uçuşu üçün istifadə edilən qravitasiya manevri metodikasını hazırlayan İtaliya riyaziyyatçısı və mühəndisi Cuzepe Kolombonun şərəfinə adlandırılıb.

Məlumata görə, Merkuriyə 1 nəqliyyat modulunda 2 orbital stansiya – “ESA Mercury Planetary Orbiter” və “JAXA Mercury Magnetospheric Orbiter” aparatları göndəriləcək. Maraqlıdır ki, yanacağa qənaət üçün “BepiColombo” uçuş zamanı 9 qravitasiya manevri (bir Yer ətrafında, ikisi Venera yaxınlığında və altısı Merkuri ətrafında) yerinə yetirəcək.

Bildirilir ki, “BepiColombo” missiyasının buraxılışı ilkin olaraq oktyabrın 19-na nəzərdə tutulur. Start Kuru kosmodromundan “Ariane 5” raketdaşıyıcısı vasitəsilə həyata keçiriləcək.

“BepiColombo” missiyasının uçuşunun 7 il davam edəcəyi gözlənilir. 2025-ci ilin sonunda missiya aparatları Merkuri orbitinə çıxaraq planet səthinin öyrənilməsi, maqnit sahəsinin və maqnitosferin tədqiqi ilə məşğul olacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: