Mayın 1-dən etibarən “Facebook” şirkəti tərəfindən hazırlanmış “Oculus Go” virtual reallıq eynəyi satışa çıxarılıb.

100

Mayın 1-dən etibarən “Facebook” şirkəti tərəfindən hazırlanmış “Oculus Go” virtual reallıq eynəyi satışa çıxarılıb.

Bu haqda San-Xosedə keçirilmiş “F8” konfransında Mark Sukerberq özü məlumat verib.
NUHÇIXAN “yugopolis.ru” saytına istinadən xəbər verir ki, “Oculus Go artıq sifariş üçün əlçatandır. Bu, başqa qurğuların qoşulmasını tələb etməyən ilk əlçatan virtual reallıq eynəyidir” – Sukerberq deyib.
“Oculus Go” eynəyinin xüsusiyyətlərindən biri fərdi kompüter və ya naqillərdən istifadə etmədən virtual reallıqdan istifadə etmək imkanıdır.
Sukerberq, həmçinin bildirib ki, “Facebook” yaxın gələcəkdə virtual və artırılmış reallıq texnologiyalarını yeni səviyyəyə çıxartmaq niyyətindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: