Məşhur brendlərin dəyəri 300 milyard dolları ötüb

128

“Google” və “Apple” dəyəri 300 milyard dollardan çox qiymətləndirilən brendlər seçilib. Bu barədə “Kantar Millward Brown” marketinq agentliyinin tərtib etdiyi illik “BrandZ” dünyanın ən bahalı brendləri reytinqində deyilir.

NUHÇIXAN xəbər verir ki, siyahıda birinci yeri 1 il əvvəl olduğu kimi, 302,1 milyard dollar qiymətləndirilən “Google” brendi tutub. “Apple” 300,6 milyard dollar qiymətləndirmə ilə ikinci mövqedə qərarlaşıb. Liderlər üçlüyünü il ərzində 1,5 dəfə – 207,6 milyard dollaradək bahalaşan “Amazon” brendi tamamlayıb.

Məlumata görə, reytinqə ilk dəfə olaraq ABŞ-ın “Charter Communications” telekommunikasiya şirkətinin (39,4 milyard dollar qiymətləndirmə ilə 27-ci yer) “Spectrum” brendi, Çinin “JD.com” internet pərakəndə satış platforması (20,9 milyard dollar qiymətləndirmə ilə 59-cu yer), “Uber” (16 milyard dollar qiymətləndirmə ilə 81-ci yer), “HP” (14,8 milyard dollar qiymətləndirmə ilə 89-cu yer), Çinin “SF Express” logistika operatoru (14,5 milyard dollar qiymətləndirmə ilə 90-cı yer), “Instagram” (14,5 milyard dollar qiymətləndirmə ilə 91-ci yer), İndoneziyanın “BCA” özəl bankı (12,7 milyard dollar qiymətləndirmə ilə 99-cu yer) və “Adidas” (12,5 milyard dollar qiymətləndirmə ilə 100-cü yer) daxil olub.

Reytinqdə iştirak edən bütün 100 brendin ümumi dəyəri il ərzində 21 faiz artaraq 4,4 trilyon dollar təşkil edib.

Qeyd edək ki, “Kantar Millward Brown” mütəxəssisləri reytinqin hazırlanması üçün dünyanın 3,6 milyon istehlakçısının 50 bazarda təmsil olunan 120 min brendə münasibətini öyrənib, eləcə də brend sahibi olan şirkətlərin maliyyə göstəricilərini tədqiq ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: